İngiltərə millisinin üzvü Harri Keyn Xorvatiya ilə səfər oyununda vurduğu qolla adını milli komandanın tarixinə yazdırıb.
Offsideplus.az xəbər verir ki, “Bavariya”nın futbolçusu bununla da İngiltərə millisinin heyətində ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşdirilmiş rekordu təkrarlayıb.
Qeyd edək ki, Keyndən əvvəl bunu yalnız üç futbolçu - Ceyms Uindric, Tom Finni və Sten Mortensen edib.


