"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə sona çatıb.

Hesabı 60-cı dəqiqədə Nqolo Kante açıb. Digər qolun müəllifi isə 74-cü dəqiqədə Çağrı Balta olub.

Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.