Niderland millisinin baş məşqçisi Xavi Ernandes beynəlxalq təqvimlə bağlı danışıb.

Offsideplus.az “The Touchline”yə istinadən xəbər verir ki, mütəxəssis hazırkı təqvimin gərgin olduğunu deyib:

“Dörd oyun həddindən artıq çoxdur. Ola bilər ki, üç oyun keçirmək olar, lakin həm klublar, həm də milli komandalar üçün iki beynəlxalq oyun tamamilə kifayətdir.

Dünya çempionatından üç ay sonra belə sıx təqvim təşkil etmək sözün əsl mənasında problemlərə fürsət verməkdir. Həm də məşqlər, səfərlər, matçlardan sonra bərpa prosesi və digər hər şey var. Mövsümün belə bir dövründə beynəlxalq pəncərəni planlaşdırmaq məntiqli deyil".