“Fənərbağça” Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, klub sosial media hesablarında təşəkkür edib:

“İki qardaş ölkənin güclü bağlarını bir daha hiss etdiyimiz Azərbaycanda olduğumuz müddətdə bizi böyük sevgi və qonaqpərvərliklə qarşılayan “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevə, İdarə Heyətinə və can Azərbaycan xalqına təşəkkürümüzü bildiririk.

Komandamızı tək qoymayan, sevgisini və dəstəyini hər an yanımızda hiss etdirən Azərbaycandakı azarkeşlərimizə, həmçinin klubumuzu dəstəkləmək üçün Azərbaycana gələn tərəfdarlarımıza sonsuz təşəkkürlər.

Yaxşı ki varsınız, yaxşı ki “Fənərbağça”lıyıq!”