"Real Madrid" "Yuventus"un ulduz futbolçusu Kenan Yıldızı diqqət mərkəzində saxlamağa davam edir.

Offsideplus.az xəbər verir ki, Türkiyə milli komandasının hücumçusu "kral klubu"nun transfer hədəfləri arasında əsas yerlərdən birini tutur.

Kenan Yıldız hazırda "Yuventus"a sadiq qalır, lakin tərəflər arasında anlayış var ki, Turin təmsilçisi 21 yaşlı istedadlı oyunçunu uzunmüddətli perspektivdə komandada saxlamaq istəyirsə, Avropanın elit klubları sırasındakı mövqeyini bərpa etməlidir.