Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun yığmaya qayıdıb-qayıtmamasına yalnız özünün qərar verəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Ronaldunun dünya futbolunda və xüsusilə uşaqlar üçün böyük simvol olduğunu vurğulayıb. "Məhz buna görə də oyundan sonra dedim ki, Kriştiano yalnız özü istəməsə, milliyə qayıtmayacaq. Bu məsələdə heç bir şübhəm yoxdur. Aramızda yaranan vəziyyət şişirdilib. Bir çox insan müdaxilə etdi və hər şeyi problem kimi göstərdi, halbuki heç bir problem yox idi. Baş məşqçi oyunçunu – istər bu qədər nüfuzlu olsun, istərsə də olmasın – isinməyə göndərib, amma meydana buraxmayıb və bundan problem düzəltdilər. Sizcə, belə bir simvolun, Kriştianonun, bu cür kəskin şəkildə milli karyerasını bitirməsi üçün əsas varmı? Mən istəyirəm ki, o, karyerasını özü istədiyi kimi başa vursun. Qərarı özü verməlidir. Elə ilk dəfə milliyə çağıranda ona demişdim: 'Sən mənə lazımsan'. Oynayıb-oynamamasından asılı olmayaraq, mənə lazımsan. İndi də eyni fikirdəyəm", – deyə Jezuş qeyd edib.


