Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronalduya görə üzr istəmədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, Norveçlə sentyabrın sonunda keçirilən oyunda Ronaldu isinmə hərəkətləri etsə də, meydana buraxılmayıb. O, bu qərara görə məsuliyyəti üzərinə götürdüyünü, lakin heç kimdən üzr istəmədiyini vurğulayıb.
"Mən heç kimdən üzr istəmirəm. Problemin kökü ondadır ki, oyunçu isinirdi. Bu qərara və baş verənlərə görə məsuliyyəti üzərimə götürürəm. Amma nəyə görə üzr istəməliyəm? Kimə görə? Bu, yalandır. Nəyə görə üzr istəməliyəm? Hansı səbəbdən?" – deyə Jezuş Norveç oyunu sonrası bildirib.


