Portuqaliyalı mütəxəssis Manuel Joze Kriştiano Ronaldunun milli komandadan uzaqlaşdırılmasının Jorje Jezuş tərəfindən əvvəlcədən planlaşdırıldığını düşünür.
Offsideplus.az xəbər verir ki, Joze bu barədə verdiyi açıqlamada bildirib:
"Jezuş Kriştiano Ronaldunu Portuqaliya millisinin heyətinə daxil etməyə məcbur idi, lakin onun zəif çıxışını gördükdən sonra Norveçlə oyunda isinməyə göndərdi. 20 dəqiqə sonra ona ehtiyat oyunçular skamyasında əyləşməyi tapşırdı, çünki Ronaldunun bu vəziyyətə necə reaksiya verəcəyini yaxşı bilirdi. Ronaldu tələyə düşdü və hər şey əvvəlcədən planlaşdırılmışdı. Bu, mənim baxış bucağımdır".


