İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri dünyanın ən yaxşı qapıçıları reytinqini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahının ilk pilləsində "Mançester Siti" və İtaliya millisinin üzvü Canluici Donnarumma qərarlaşıb. İkinci yerdə "Real Madrid"in qapıçısı Tibo Kurtua, üçüncü pillədə isə "Atletik"in üzvü Unai Simon yer alıb.

Dördüncü sırada "Arsenal"ın qapıçısı David Raya, beşinci yerdə "Milan"ın üzvü Mayk Menyan, altıncı pillədə "Roma"nın oyunçusu Mile Svilar qərarlaşıb.

Yeddinci yerdə "Barselona"nın qapıçısı Joan Qarsia, səkkizinci pillədə "Atletiko"nun üzvü Yan Oblak, doqquzuncu sırada "Borussiya Dortmund"un qapıçısı Qreqor Kobel, onuncu yerdə isə "Bavariya Münhen"in təcrübəli qapıçısı Manuel Noyer yer alıb.