"Virtus Kosta Bolonya" İtaliya A Seriyasının ikinci turunda dramatik şəkildə qələbə qazanıb. Komanda son dəqiqələrdə üstünlüyü ələ alaraq "Maxima Roma" üzərində 98:89 hesablı qələbə əldə edib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Aleks Mumbrunun yetirmələri oyunun əvvəlində 11 xal fərqlə önə keçsə də, sonradan eyni fərqlə geriyə düşüb. Lakin meydan sahibləri 28:8-lik seriya ilə matçı çevirməyi bacarıb. Markus Karr 21 xal və 13 assistlə komandasına liderlik edib. Trent Freyzer 16, Bobi Klintman isə 15 xalla qələbəyə töhfə verib. Komanda bir neçə əsas oyunçusunun zədəli olmasına baxmayaraq, əzmkar oyun nümayiş etdirib.
Digər qarşılaşmada Luka Donçiçin dəstəklədiyi "Roma" (əvvəlki adı ilə Roma SQPR) mövsümdə ilk qələbəsini qazanıb. Paytaxta köçdükdən sonra ilk iki oyunda məğlub olan komanda "Bertram Derthona Tortona"nı 108:70 hesabı ilə darmadağın edib. "Roma"nın heyətində Niko Mannion və Erik Stivenson hərəyə 19 xalla fərqlənib.
Turun digər oyunlarında "Openjobmetis Vareze" "Longobardi Skafati"ni 85:77 hesabı ilə məğlub edib. "Virtus Kosta Bolonya" və "Napoli" iki turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.


