"Panatinaikos" Yunanıstan Basketbol Liqasındakı mövsümə uğurlu start verib. Komanda evdə, azarkeşsiz keçirilən qarşılaşmada yeni yüksəlmiş "Vikos Ioannina" üzərində 103:74 hesablı inamlı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, "Panatinaikos"da Matias Lesor 19 xalla komandasının ən məhsuldar oyunçusu olub. Naycel Heyz-Devis 15, Dinos Mitolu və Gerşon Yabusele isə hərəyə 14 xal toplayıb. Yabusele həm də 7 ribaundla yadda qalıb. Silven Fransisko 12 xal və 5 assist, Dimitris Moraitis isə 8 xal və 10 assistlə fərqlənib. Qonaqlarda Jordi Floyd və Kody Castis hərəyə 14, Yannis Aqravanis isə 12 xal əldə edib.
Bu qələbə ilə "Panatinaikos" ötən mövsümdən qalan 2 xallıq cəriməni də silib. Komanda həmçinin azarkeşsiz keçiriləcək 4 ev oyunundan birincisini başa vurub. Zədəli Kendrik Nann isə cəzasını tam çəkib.


