UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan milli komandası bu gün Litva yığması ilə üz-üzə gələcək. 

Offsideplus.az xəbər verir ki, matç saat 17:00-da 8-ci km stadionunda keçiriləcək.

Qarşılaşmanı Portuqaliyadan olan FİFA referisi Qustavo Korreya idarə edəcək. Ona Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. VAR-da Bruno Esteves, AVAR-da isə Ana Klaudiya Silva Ribeyro əyləşəcək.