UFC 332 turniri azarkeşlər tərəfindən tənqid olunsa da, bu tədbir qadınlar arasında yüngül çəkidə dördüncü çempionun müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İndiyədək bu kəmərə yalnız Nikko Montano, Valentina Şevçenko və Alexa Qrasso sahib olub. Montano titulu müdafiə etmədən, çəkini salarkən xəstəxanaya düşdüyü üçün kəmərdən məhrum edilib. Qrasso isə Şevçenko ilə ikinci döyüşdə heç-heçə nəticəsi ilə kəməri qoruyub.
Offsideplus.az xəbər verir ki, uzun illər 57 kq-da UFC-də dominantlıq edən Şevçenko zədə səbəbindən titulu buraxmalı olub. Bu isə Nataliya Silva ilə Vanq Conqun şənbə günü Solt Leyk Sitidə kəmər uğrunda qarşılaşmasına yol açıb. Həmçinin, UFC 332-nin əsas döyüşlərində Payton Talbott və keçmiş çempion Deiveson Figueiredo üz-üzə gələcək. KSW-nin sabiq ikiqat çempionu Roberto Soldiç də UFC-də debüt edəcək. Turnirin əsas kartı üzrə proqnozlara görə, heyət üzvləri arasında yalnız Soldiçin qələbəsinə yekdil fikir bildirilib. Ateba Qotye Roman Kopılovu məğlub etməyə favorit sayılır, Esteban Riboviks isə King (əvvəllər Bobbi) Green üzərində üstünlük qazanacaq. Ko-main döyüşdə gənc Payton Talbottun Deiveson Figueiredonu asanlıqla keçəcəyi gözlənilir.
Gecənin əsas qarşılaşmasında isə proqnozlara əsasən Nataliya Silva qalib gələcək. Vanq Conqun çəkiölçmə zamanı rəqibinin döyüş tərzini açıq şəkildə tənqid etməsinə baxmayaraq, Silva favorit hesab olunur.


