Beşiktaşın ümumi borcunun məbləği açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən klubun 2026-cı il üzrə növbəti İdarə və Maliyyə Baş Qurultayında məlumat verilib.

İdarə heyətinin üzvü Özgür Şentürk bildirib ki, “Beşiktaş”ın 31 may 2026-cı il tarixinə ümumi borcu 27 milyard 521 milyon 43 min 733 türk lirəsi təşkil edir.

Qeyd edək ki, klubun 28 fevral 2026-cı il tarixinə borcu 26 milyard 263 milyon 695 min 438 lirə açıqlanmışdı.