“Roma”nın futbolçusu Brayan Kristante komandasının bir neçə oyununu buraxmalı olacaq.

Offsideplus.az ki, xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Yarımmüdafiəçi A Seriyasının səfər matçında “Komo”ya qarşı, həmçinin Çempionlar Liqasında “Real”la keçiriləcək qarşılaşmada iştirak etməyə bilər.

Kristantenin sağ dizində iltihab aşkarlandığı, növbəti oyunlarda iştirakının isə müalicə prosesindən asılı olduğu bildirilir.