Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin vida oyunu ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu 7 oktyabrda Benin yığmasına qarşı son rəsmi oyununu keçirəcək. Skaloni bildirib ki, "Monumental" stadionundan beşi olsa belə, hamısı tamamilə dolardı. "Hər yerdən mənə mesajlar gəlir. Düşünürəm, artıq hər şey deyilib, sadəcə bu anın dadını çıxarmaq qalır. Onun yoxluğunda həmişə danışdığımız nostalji hissi var. İndi də belə olacaq. Hər kəsin, o cümlədən Messinin hansı hisslər yaşadığını təsəvvür edirəm. O, 'Monumental'ın meydanına çıxanda bu gün hamı üçün unudulmaz olacaq. Bu günün bir parçası olacağım üçün minnətdaram. Onunla daha iki məşqimiz var və qalan az vaxtdan zövq alacağıq. Messinin mirası daim komandanın yanında olmaq istəyi ilə bağlıdır. O, həmişə birinci gəlir, sonuncu gedirdi. Özünə necə qayğı göstərməsi, hər oyuna necə yanaşması – bunlar azarkeşlərə görünmür, amma komanda yoldaşları bunu görür və o, ən yaxşı nümunədir. O, arxasında müqayisəolunmaz bir irs qoyub. Biz oyunu davam etdirməliyik, amma onun meydanda olması hissi bənzərsizdir. Onun oyuna qatdığı heç bir başqa oyunçuda görmədiyim bir şeydir və məhz buna ehtiyacımız olacaq. Argentina millisi yoluna davam edəcək", – deyə Skaloni vurğulayıb.


