UFC-nin sabiq çempionu Daniel Kormye Sergey Pavloviçlə Aleks Pereyra arasında keçiriləcək döyüşün hakimlərin qərarına qədər davam etməyəcəyinə əmindir.

Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:

"Yaxın günlərdə Aleks Pereyranın ağır boks kisəsində necə işlədiyini izlədim və bu, həqiqətən dəhşətli idi – bu oğlanın zərbəsində inanılmaz güc var! Amma Pavloviçin də təxminən eyni gücdə zərbələri var. Pereyra çox güclüdür, uzun müddətdir belə döyüşçü görməmişik. Lakin onu divizionun ən iri və ən güclü zərbə ustalarından biri gözləyir. Döyüş mütləq vaxtından əvvəl başa çatacaq. Pavloviçə zərbə endirməyə imkan vermək olmaz. Bu, sadəcə dəli bir şeydir. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Pavloviçlə Pereyra arasında döyüş 13 dekabrda UFC 335-də baş tutacaq və beş raunddan ibarət olacaq.