Argentina milli komandasının yarımmüdafiəçisi Franko Mastantuono Burkina-Faso üzərində qazanılan 7:0 hesablı darmadağından sonra ictimaiyyətin ona göstərdiyi təzyiqləri şərh edib.
Offsideplus.az xəbər verir ki, yoxlama görüşündə fərqlənən gənc futbolçu milli komandanın heyətində debüt qoluna imza atıb.
Matçdan sonra tənqidlərə toxunan Mastantuono azarkeşlərin gözləntilərini anladığını bildirib:
"İnsanlar mənə qarşı çox tələbkardır. Bunu anlayıram və məndən nə gözlədiklərini yaxşı bilirəm. Tez-tez mənə qarşı sərt olurlar, lakin mən bundan zövq almağa çalışıram. Tənqidlərdən şikayətlənmirəm. Futbolçuyam və bunu normal qarşılayıram. Sadəcə, insanlar bəzən məndən asılı olmayan məsələlərdən danışırlar. Mən isə sadəcə işimi görürəm və hər zaman bunu ən yaxşı şəkildə etməyə çalışıram".
Yoxlama oyunu
4 oktyabr 2026-cı il
Argentina – Burkina-Faso 7:0
Qollar: Lautaro Martines, 4 (1:0), Diallo, 8-öz qapısına (2:0), Prestianni, 12 (3:0), Niko Pas, 35 (4:0), Xulian Alvares, 36 (5:0), Franko Mastantuono, 57 (6:0), Culiano Simeone, 90+3 (7:0).


