Braziliyalı yarımmüdafiəçi Fred "Mançester Yunayted"də Ole-Qunnar Sulsşer və Joze Mourinyu ilə birgə çalışdığı dövrü xatırlayıb.
Offsideplus.az xəbər verir ki, Fred Sulsşerin komanda ilə münasibətlərinin yüksək səviyyədə olduğunu və kollektivin birliyini təmin etdiyini bildirib. O qeyd edib ki, məşqlərdə Sulsşerə köməkçiləri dəstək verirdi. Mourinyu barədə danışan Fred onun zarafatcıl və səmimi insan olduğunu vurğulayıb: "Məni məhz Mourinyu "Yunayted"ə gətirmişdi. Son vaxtlar yenidən "Fənərbaxça"da birgə işlədik. Ançelotti gəlməmişdən əvvəl Mourinyunun Braziliya millisinin baş məşqçisi olacağı ilə bağlı şayiələr yayılmışdı. Mən ona bu xəbərləri göstərirdim, o isə gülərək deyirdi: 'Boş ver, dostum. Heç yerə getmirəm. Burada öz klubumu çalışdıracağam. O, həqiqətən də möhtəşəm insandır'".


