"Çelsi" 2027-ci ildə yarımmüdafiəçi Aleks Skottu heyətinə qatmaq yarışında əsas namizədə çevrilib.

Offsideplus.az xəbər verir ki, London klubu ötən yay ingiltərəli futbolçu üçün "Bornmut"a 60 milyon funt-sterlinqdən çox təklif irəli sürübsə də, bu təkliflər rədd edilmişdi.

"Aristokratlar" istedadlı yarımmüdafiəçiyə olan yüksək maraqlarını qoruyub saxlayırlar və hazırda transfer yarışında ön sıralardadırlar.