Rusiyalı MMA əfsanəsi Fedor Yemelyanenko UFC 333-də Merab Dvalişvili ilə qarşılaşacaq Petr Yana məsləhət verib. O bildirib ki, döyüşə düzgün hazırlaşmaq və həddindən artıq yüklənməmək vacibdir.

Offsideplus.az xəbər verir ki, Yemelyanenko bu barədə belə deyib: "Döyüşə baxacağam. Petrə arzu edərdim ki, bu qarşılaşmaya ağılla yanaşsın, özünü artıq yükləməsin. Eşitmişəm ki, belə bir problem var, o, məşqləri gec azaldır. Bu da peşəkarlıqdır, göstərir ki, sən nə dərəcədə peşəkarsan. Əlbəttə, döyüşə başla yanaşmaq, düşünmək və hiss etmək lazımdır". Yan və Dvalişvili arasındakı döyüş 24 oktyabrda Abu-Dabidə keçiriləcək UFC turnirində baş tutacaq.