Azərbaycan millisi Litvanı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Bilirdik ki, 4 oyun da çətin olacaq. Əsas odur ki, ciddi zədəmiz olmadı və uduzmadıq. Son oyundan sonra çətin idi. Bərabərlik bizi çox üzdü. Futbolçular toparlandı, özlərinə inandılar. Güclər bərabər idi. Gənclər ilk dəfə oynadı. Mahir Emreli sonda müdafiəyə kömək edirdi. Komanda xarakter göstərirdi. İki oyunumuz var qarşıda. Həqiqətən çətin idi. Hərdən fikirləşirəm ki, başqa cür olmuşam. Bədavi çox yaxşı çıxış etdi. Nə qədər yaxşı olsaq da, çatışmazlıqlar var. Əvvəl deyirdim ki, cərimə meydançasına çata bilmirik. Yavaş-yavaş düzələcək”.
Lixtenşeynlə heç-heçənin bu oyuna təsiri barədə:
“Son oyun bizi daha məsuliyyətli etdi. Əsas odur ki, reaksiya verdik. Bu gün biz bunu gördük”.
Orucun heyətdə yer alması barədə:
“Orucu “Şamaxı”da bu mövqedə sınamışam. Heyət qurmaqda çox fikirləşdik. Gecə qərar verə bilmirdik. Hər kəs oynamaq istəyirdi. Orucu qazandıq. Biz də risk etməliyik. Rüfət Abbasov, Oruc Məmmədovu yavaş-yavaş qazanırıq”.
Milli komandadakı taleyi ilə bağlı:
“O barədə fikirləşmirəm. Turnir bitəndən sonra qərar veriləcək. Bir oyun belə millidə işləmək şərəfdir. Müqavilə artırılmasa da, mənə şərəfdir ki, millidə çalışmışam”.


