Litva yığması Millətlər Liqasının D liqasında Azərbaycan milli komandasına 1:0 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Edqaras Yankauskas iştirak edib.

O, qarşılaşma barədə bunları deyib:

“Bu, əsl mübarizə idi. Eyni gücdə komandaların oyununu gördük. Təəssüf ki, qol vura bilmədik. Azərbaycan millisi çox yaxşı oynadı. Qələbə münasibətilə təbrik edirəm. Bu, yeni oyun idi. Matça köklənmişdik. Topa sahib olmaqla bağlı problemimiz yox idi. Əsl kişi mübarizəsi oldu. Tərəflər əlindən gələni etdi”.

Qrupdakı şansları və qırmızı vərəqənin ləğvi barədə çalışdırıcı bunları deyib:

“Riyazi olaraq birinci olmaq imkanımız var, amma bu, əlimizdə deyil. VAR qərarları əleyhimizə oldu, bizə simpatiya olmadı. VAR bu gün xeyrimizə qərar vermədi”.

Valdas Dambrauskasla görüşü haqda:

“O, bizə uğur arzuladı”.