"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergyuson yaşlandıqca demensiya xəstəliyinin inkişafından ciddi narahat olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Fergyuson bu barədə belə deyib: "Bununla bağlı narahatam, çünki çox başla oynayırdım. Bütün futbolçular kimi. Demensiya yaşlı insanlar üçün böyük sınaqdır. Bu barədə çox düşünürəm. Tez-tez öz-özümə deyirəm: 'Mənim 84 yaşım var [gülür]. Əgər 85-ə çatsam, hər şey yaxşı olacaq'."

O, 2018-ci ildə keçirdiyi beyin qanaxmasından da danışıb: "Səsimi itirmişdim, danışa bilmirdim – bu, qorxulu idi. İndi özümü yaxşı hiss edirəm, baxmayaraq ki, xırda sağlamlıq problemləri var."