"Barselona" qadın futbol komandası İspaniya liqasının altıncı turunda "Real Madrid" üzərində böyükhesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edib. İlk hissədə dörd qola imza atan Klaudiya Pina oyunun əsas qəhrəmanı olub. Bu, son illərdə "Real Madrid"in "Barselona"ya qarşı ən ağır məğlubiyyətidir. Sonuncu dəfə 2019-cu ildə kataloniyalılar rəqiblərini 9:1 hesabı ilə üstələmişdi.

"Barselona" altı turdan sonra maksimum nəticə göstərərək 18 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. "Real Madrid" isə liderdən beş xal geri qalır.