Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatında 25-ci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Cənubi Amerika yığmasının kapitanı DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə oyunda (3:0) start heyətində yer alıb.

35 yaşlı hücumçu Almaniya millisinin keçmiş müdafiəçisi Lotar Matteusa məxsus dünya çempionatlarındakı oyun rekordunu təkrarlayıb.

PSJ-ni təmsil edən futbolçunun şənbə və ya bazar günü üçüncü yer uğrunda və ya final matçında iştirak edərək bu nailiyyəti üstələmək imkanı var.