Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubu Yaponiyaya yollanıb.

Offsideplus.az xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının şərq zonasının H qrupunun 2-ci turunun oyununu “Vanfor Kofu”ya qarşı görüş üçün sözügedən ölkəyə gedib.

Matç oktyabrın 4-də oynanılacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, Şeydayevin komandası qrupun açılış oyununda Çinin “Çjeçzyan" klubuna qalib gəlib.