Azərbaycan yığmasının üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 9-cu tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə autsayder "Rudeş"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:15-də başlayacaq. Artıq oyunun heyətləri açıqlanıb. Mahir Emreli start heyətdə yer alıb.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 13 xalla (6 oyun) 4-cü, "Rudeş" 1 xalla (8 oyun) 10-cu-sonuncudur. Siyahıya 18 xalla (8 oyun) "Hayduk" başçılıq edir.