Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi 6-cı turda "Riyeka"nı qəbul edib. Görüş "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:1.
Mahir bu görüşün iştirakçısı olub. 61-ci dəqiqədə - komandası 1:0 öndə olarkən meydana daxil olan forvard sona qədər oynayıb.
Bu qələbədən sonra "Dinamo" 7 xalla 4-cü sıradadır.
"Dinamo" (Zaqreb) - "Riyeka" - 2:1
Qollar: Bulat, 37 (1:0), Petkoviç, 84-pen. (2:0), Pasaliç, 89 (2:1)