Serxio Ramosun məvacib istəyi Meksikanın "Amerika" klubunu geri çəkilməyə məcbur edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 37 yaşlı müdafiəçi Meksika klubundan 10 milyon avro istəyib. Bundan əlavə, Ramos Meksikanın görkəmli bölgələrindən birində lüks bir malikanə və bahalı avtomobil tələb edib.
Bu tələblərdən sonra "Amerika" klubu transferdə geri çəkilib.
Qeyd edək ki, PSJ-dən ayrılan ulduz hazırda azad agentdir. Serxio Ramos ilə MLS-dən "İnter Mayami" və Türkiyə Super Liqasından "Qalatasaray" klubları yaxından maraqlanır.