AFFA rəhbərliyi UEFA-nın 49-cu Növbəti Konqresində iştirak etmək üçün Serbiyanın paytaxtı Belqrada yollanıb.

Offsideplus.az xəbər verir ki, səfərə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov çıxıblar. 

Konqres öz işinə bu gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq və gün ərzində davam edəcək. Tədbirə UEFA prezidenti Aleksander Çeferin də qatılacaq.

Qeyd edək ki, bu, Cahangir Fərəcullayevin AFFA-nın baş katibi təyin olunmasından sonra ilk beynəlxalq tədbiridir.