Dünən "Fənərbağça"nın futbol komandası ilə yanaşı, basketbolçuları da uğursuz gecə yaşayıblar.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər" Avroliqanın 33-cü turu çərçivəsində doğma meydançada "Barselona"ya uduzublar.

Hərçənd İstanbul klubu böyük fasiləyə 11 top fərqi ilə üstün yollanıb. Ancaq sonradan təşəbbüsü əldən verən türklər xüsusilə 4-cü periodda bərbad oynayıblar - 75:83 (23:21; 27:18; 16:23; 9:21).

Məğlubiyyətə baxmayaraq, "Fənərbağça" turnir cədvəlində 2-ci pillədə qalıb. "Barselona" 6-cı yerdədir. İlk 6 sıranın sahibləri birbaşa 1/4 finala vəsiqə qazanırlar. Təsnifat mərhələsinin sonuna 1 tur qaldığını nəzərə alsaq, "Fənərbağça" artıq 1/4 finala yüksəlib.