UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) üzrə Bakıda təşkil olunacaq yarışın vaxtı və yeri rəsmən açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qarışıq döyüş növlərinin həvəskarları paytaxtımızdakı görüşləri bu il iyunun 21-də izləyə biləcəklər. 

Bu barədə UFC-nin rəsmi saytında məlumat yerləşdirilib. 

UFC Fight Night 259 adlı yarış “Baku Crystal Hall"da baş tutacaq. Gecədə oktaqona çıxacaq idmançıların adları yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən bu il Nazim Sadıxov və Rafael Fiziyev UFC-də döyüşüb.