Lyuis Hemilton Silverstounda keçirilən sıralama turunun hər üç mərhələsində ən sürətli olaraq (1:28.376) şənbə günkü sprint yarışı üçün poul mövqeyini qazanıb.
Offsideplus.az xəbər verir ki, çempionatın lideri Kimi Antonelli Hemiltondan cəmi 0.011 saniyə geri qalaraq ikinci oldu.
Poulu qazandığı üçün xoşbəxt olduğunu bildirən Hemilton, azarkeşlərə və komandasına təşəkkür edib.
Sıralamada Maks Ferstappen (Red Bull) üçüncü, Şarl Lekler (Ferrari) dördüncü, Corc Rassell (Mercedes) beşinci, sonuncu çempion Lando Norris isə altıncı yeri tutub.


