Almaniya futbolunda gözlənilməz və sürətli ayrılıqdan sonra yeni baş məşqçi axtarışları başlayıb.
Offsideplus.az xəbər verir ki, Julian Naqelsmannın postundan istefa verməsinin ardından Almaniya Futbol İttifaqı (DFB) sükan arxasına Yurgen Kloppu gətirmək üçün hərəkətə keçib. Təcrübəli mütəxəssis federasiya ilə rəsmi danışıqlara başladıqlarını şəxsən təsdiqləyib.
Məsələ ilə bağlı açıqlama verən Klopp hadisələrin çox sürətlə cərəyan etdiyini bildirib:
Julian istefa verdi və DFB yeni baş məşqçi axtarışındadır. Hazırda mənimlə danışıqlar aparırlar. Qarşıda bizi çox ciddi və əhatəli müzakirələr gözləyir. Çünki hazırda Almaniya futbolunun üzləşdiyi problemlər təkcə Julian Naqelsmannla bağlı deyil. Julian müstəsna bir məşqçidir və o, bunu karyerası ərzində hələ çox sübut edəcək. Ona görə də bu danışıqların necə nəticələnəcəyini sadəcə gözləyib görməliyik.
Klopp, həmçinin qeyd edib ki, bu keçidin baş tutması üçün hazırkı işəgötürəni, "Red Bull" qrupunun rəhbəri Oliver Mintzlaff ilə də müzakirə aparmalıdır: "Oliverin Almaniya futboluna necə böyük dəyər verdiyini bilirəm, bu səbəbdən o da bu danışıqlara kifayət qədər açıq yanaşır".
Yaxın günlərdə tərəflər arasındakı danışıqların yekunlaşacağı və Kloppun Almaniya millisinin sükanı arxasına keçib-keçməyəcəyi rəsmən bəlli olacaq.


