Andres İnyesta "Vessel Kobe" klubundan ayrılıb. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 5 ildir çıxış etdiyi Yaponiya klubu ilə vidalaşıb. O, futbolçu karyerasını davam etdirmək istədiyini söyləyib.

"Yaxşı formadayam. Hələ də oynamaq istəyirəm"

Qeyd edək ki, İnyestanın bir müddət öncə 39 yaşı tamam olub.