Cənubi Koreya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Ceoce" ilə qarşılaşıb. Matç ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Tecon Xana Sitizen" 1/8 finala adlayıb.
Anton Krivotsyuk da bu görüşdə iştirak edib. Start heyətdə meydana çıxan 24 yaşlı müdafiəçi sona qədər oynayıb.