Devid Bekhemin sahibi olduğu "İnter Mayami" klubu Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messini transfer etməyə çalışır.

Offsideplus.az xəbər verir ki, ABŞ təmsilçisinin ingilis sahibi 35 yaşlı hücumçuya maraqlı təklif göndərib. Bekhem argentinalı forvarda maaşdan əlavə klubun səhmlərinin 5 faizini də təklif edib. Messi bu təklifə hələ cavab verməyib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də top qovur. Onun Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.