Ukraynanın futbol üzrə yığma komandasına müvəqqəti baş məşqçi təyin olunub.
Offsideplus.az xəbər verir ki, yığmanı bir müddətlik Ruslan Rotan çalışdıracaq.
Millini daha sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubuna rəhbərlik edən Sergey Rebrov çalışdıracaq. 42 yaşlı mütəxəssis Asiya təmsilçisindən ayrıldıqdan sonra onunla DÇ-2024-ün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.