Polşa çempionatında 18-ci turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Lexiya” ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Visla” 18 turdan sonra 28 xalla 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.