Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda İsveçrənin 2-ci liqasında mübarizə aparan “Şafhauzen”lə qarşılaşıb. Görüş "Qrasshopper"in minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Renat Dadaşov da bu oyunda iştirak edib. O, meydana 2-ci hissədə daxil olub və sonadək mübarizə aparıb.