AVRO-2024-ün seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasına baş məşqçi axtarılır.

Offsideplus.az xəbər verir ki, uyğun namizədlərin CV-lərinə baxıdıqdan sonra seçim ediləcək.

Belçika millisini Roberto Martines çalışdırırdı. İspaniyalı məşqçi DÇ-2022-dəki uğursuz nəticədən sonra postunu tərk edib.

Qeyd edək ki, millimiz "qırmızı şeytanlar"la ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.