İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt istefaya göndərilməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası açıqlama yayıb.

Diqqətə çatdırılıb ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı.

Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. 2016-cı ildən milliyə rəhbərlik edən Sautqeytin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.