Polşanın "Visla" klubu yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, plotsk təmsilçisi Slovakiya toplanışı çərçivəsində yerli "Jeleziarne" ilə qarşılaşıb. Görüş polyakların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.