"Barselona" klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, İspaniya millisinin də şərəfini qoruya Erik Qarsiya "Valensiya" ilə matçda (1:0) zədələnib. O, qeyri-müəyyən müddətə sıradan çıxıb.
Müdafiəçi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatını buraxmaq riski ilə üzləşib.
Qeyd edək ki, Qarsiya İspaniya yığmasının heyətində 15 matçda iştirak edib.