"Qalatasaray"dan ayrılan niderlandlı futbolçu Rayan Babelin yeni ünvanı müəyyənləşib.

 Offsideplus.az xəbər verir ki, "Eyupspor" təcrübəli oyunçu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə Türkiyənin 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub Super Liqaya vəsiqə qazanacağı təqdirdə cinah hücumçusunun sözləşməsi daha bir il müddətinə artırılacaq.

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Ayaks", "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Deportivo", "Fulhem", "Əl-Əyn", "Beşiktaş" və son olaraq isə "Qalatasaray"da çıxış edib. Babel geridə qalan mövsüm "aslan"ların heyətində bütün turnirlərdə 42 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.