Futbol üzrə Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kayrat"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb. Beləliklə, Emilin yeni klubunda debütü yenə baş tutmayıb.

Hazırda "Turan" 6 xalla 14 komanda arasında 11-ci pillədə qərarlaşıb, "Kayrat" isə 12 xalla 3-cüdür.