Millimizin və "Neftçi"nin müdafiəçisi Mərt Çəlik karyerasını Türkiyə Super Liqasında davam etdirə  bilər.

 Offsideplus.az "Star"a istinadən xəbər verir ki, "Qaziantep" və "Fatih Karagümrük"  21 yaşlı futbolçu üçün təklif göndərib.

Xəbərdə iddia olunur ki, "Fənərbağça" və "Qalatasaray"da Mərtlə yaxından maraqlanır.

Qeyd edək ki, müqavilə əsasında "Başakşəhər"ə məxsus olan futbolçu 2020-ci ildən "Neftçi"də çıxış edir.