"Nyukasl" qışda heyətini məşhur futbolçuyla gücləndirməyi planlayır.

 Offsideplus.az xəbər verir ki, "sağsağanlar" "Benfika"nın 22 yaşlı hücumçusu Darvin Nunezi transfer etmək niyyətindədir. Premyer Liqa təmsilçisi bu keçid üçün "qartallar"a 50 milyon funt-sterlinq ( 67 milyon dollar ) ödəməyə hazırdır.

Sözügedən oyunçunun Lissabon klubuyla hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Uruqvay millisinin üzvü bu mövsüm paytaxt təmsilçisi ilə 22 matçda 18 qol və 2 məhsuldar ötürmə edib.