“Yuventus” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün “Nyukasl”ın futbolçusu Sandro Tonalini heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, İtaliya nəhəngi bu keçidi reallaşdırmaq üçün ciddi addımlar atmağa başlayıb. “Yuventus” rəhbərliyi Tonalini transfer etmək üçün “Nyukasl”a maraqlı bir təklif etməyi planlaşdırır. Turin klubu bu keçid müqabilində amerikalı yarımmüdafiəçi Ueston Kelli və braziliyalı futbolçu Duqlas Luizi “Nyukasl”a göndərməyi düşünür.
Qeyd edək ki, Sandro Tonali hazırda 10 aylıq diskvalifikasiya səbəbindən futbol oynaya bilmir. Lakin “Yuventus”un onun gələcəkdə komandaya böyük fayda verəcəyinə inandığı bildirilir.